"Başqa bir dövlətin Bakıya "Qəhrəman şəhər” adının verib - verməməsi heç nəyi dəyişdirə bilməz”. Bunu millət vəkili Fərəc Quliyev söyləyib. Bildirib ki, Rusiyanın İkinci Dünya müharibəsindəki qələbəsində Azərbaycanın böyük köməyi olub: "Milli məclisin vitse-spikeri Ziyafət Əsgərov sözügedən məsələyə düzgün münasibət bildirib. Diqqətə çatdırıb ki, "SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov kimi mənəviyyatsız insanlar Bakıya bu adı verməkdənsə, bizə Dağlıq Qarabağ, qanlı 20 Yanvar, Xocalı soyqırımı kimi böyük problemlər qoyub getdilər”. Bizə aid olanları əlimizdən almasınlar, onların bizə nə isə verməyinə ehtiyac yoxdur. Amma burada Bakının xidmətini tanımaq kimi addım atılarsa, bunu anlamaq olar. Azərbaycan müstəqil dövlətdir və Bakıya hər hansı bir status vermək ölkəmizin öz işidir”.