"Caspian Development Bank" (CDB) ASC Respublika ərazisində Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sisteminə (AZİPS) üzv oldu.
Bankdan AZƏRTAC-a bildiriblər ki, AZİPS 2001-ci il fevralın 16-dan istismara verilib. Burada köçürmələr yalnız milli valyutada icra olunur. Köçürmə cari iş gününün saat 16:30-dək icra olunduğu halda, əməliyyat həmin günün valyutalaşma tarixi ilə, saat 16:30-dan sonra icra olunduğu halda isə valyutalaşma tarixi növbəti iş günü olur.