Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin (İB) 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində yeni kitab işıq üzü görüb.
"Kəlağayı əlvan qıyqacı'' adlı şeirlər kitabı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı tərəfindən uzun illərdi araşdırılaraq toplanıb.
Analarımızın, qız-gəlinlərimizin ismət, gözəllik və yaraşıq rəmzi sayılan kəlağayını vəsf edən şeirlər kitabında 76 müəllifin kəlağayıya aid şeirləri toplanmış, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli baş örtüyü olan kəlağayıya diqqət və marağını əks etdirən məqalə və şəkillər toplanaraq oxucuların ixtiyarına verilmişdir. "Kəlağayı əlvan qıyqacı'' kitabı kəlağayıya aid ilk şeirlər kitabı olaraq, gənc nəsilə bir töhfə, bir sevincdir.
Kitabın redaktoru Vüsal Sehranoğlu, layihə rəhbəri Güllü Eldar Tomarlıdır. Üz qabığındakı ''Kəlağayı əlvan qıyqacı'' rəsm əsərinin müəllifi rəssam Gülnarə Məmmədlinin və "Heratı" kəlağayı isə Basqallı kəlağayı ustası Abbasəli Talıbova məxsusdur.
Kitabda rəssam Gülnarə Məmmədlinin kəlağayıya aid rəsm əsərlərinə də yer verilib. Kitabın adı aşıq sənətinin görkəmli nümayəndəsi, zirvəsi olan Dədə Ələsgərin şeirindən götürülüb.
#mirvariddilbazipoeziyaməclisi