ABŞ, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn xarici işlər nazirləri martın 27-28-də İsraildə görüşəcəklər.
Axar.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, tarixi sammit çərçivəsində İsrail xarici işlər naziri ilə digər 4 ölkənin XİN başçıları arasında diplomatik müzakirələr aparılacaq.