2024-cü ilin I yarımilində prokurorluq orqanlarında istintaq edilən cinayət işləri üzrə özgə əmlakına vurulmuş ziyanın 49,3 milyon manatdan artıq hissəsinin ödənilməsi təmin edilib.
Sabahinfo.az xəbər verir ki, bunu Baş Prokurorluqda keçirilən Geniş Kollegiya İclasında Baş prokuror Kamran Əliyev bildirib.
Baş prokuror Kamran Əliyev bildirib ki, prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə dövlətə, vətəndaşlara, şirkətlərə, bələdiyyələrə ümumilikdə 75,9 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 49,3 milyon manatdan artıq hissəsinin ödənilməsinə nail olunub, 8,3 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub.