ABŞ-a daha çox ehtiyacımız var - Prezident

Varşavanın və bütün Avropanın həm hərbi, həm də iqtisadi miqyasda Amerikaya daha çox ehtiyacı var.

Axar.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.

"Polşanın mövqeyi birmənalıdır. Biz hesab edirik ki, NATO-nun yeni strateji konsepsiyası Rusiyanın Ukraynaya təcavüzünün səbəb olduğu dəyişiklikləri nəzərə almalıdır. Regionumuza ittifaqın daha çox cəlb olunması lazımdır",- Duda bildirib.

O xatırladıb ki, ABŞ Prezidenti Co Baydenin Polşaya iki günlük səfəri cümə günü başlayır. Polşa prezidenti ABŞ-ın həm müdafiə, həm də respublikanın iqtisadiyyatında mümkün qədər geniş iştirakının tərəfdarıdır:

"Polşa və Avropanın həm hərbi, həm də iqtisadi baxımdan Amerikaya daha çox ehtiyacı var. Bu barədə ABŞ prezidenti ilə danışacağam".