ABŞ Rusiya aviaşirkətləri üçün səmanı bağlayacaq. Bu, martın 2-də rəsmi olaraq açıqlanacaq.
"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.
O, həmçinin qeyd edib ki, ABŞ və müttəfiqləri Ukraynaya hərbi, iqtisadi və humanitar yardımlar da daxil olmaqla 1 milyard dollardan çox yardım edəcək: "ABŞ Ukraynaya kömək etməyə davam edəcək, lakin hərbi əməliyyatlarda iştirak etməyəcək".
Daha əvvəl Birləşmiş Ştatların lideri Putinin səhv etdiyini əlavə edib: "Putin səhv hesablayıb. O, Ukrayna xalqının müqaviməti ilə qarşılaşıb. Ukraynalıların cəsarəti, prezident Zelenskinin qətiyyəti dünyanı sevindirir.
Putinin Ukraynadakı müharibəsi Rusiyanı zəiflədəcək, dünyanın qalan hissəsini isə daha güclü edəcək. Biz vahid Avropa və vahid Qərb görürük. Bu, sınaqdır, vaxt aparacaq. Lakin Putin azad dünyanın qətiyyətini heç vaxt qırmayacaq".