ABŞ-ın iqtisadi savaşı təhlükə yaradır

ABŞ-ın iqtisadi müharibəsi ikitərəfli münasibətləri məhv etmək təhlükəsi yaradır.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Rusiyaya elan edilən iqtisadi müharibə ikitərəfli münasibətləri tamamilə pozmaq təhlükəsi yaradır. Bu, əlbəttə ki, bizim maraqlarımıza uyğun deyil, çünki biz diplomatik və dövlətlərarası münasibətlərin milli maraqlara xidmət etməsindən çıxış edirik", - o bildirib.