ABŞ “Patriot” komplekslərini Polşaya təhvil verəcək

Pentaqon Varşavanın təklifi ilə "Patriot" zenit-raket komplekslərini Polşaya göndərmək niyyətindədir.

Sabahinfo.az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığının nümayəndəsi Adam Miller bildirib.

Onun sözlərinə görə, iki "Patriot" batareyasının Polşaya verilməsi planlaşdırılır. ABŞ hərbi departamenti hesab edir ki, bu addım həm Birləşmiş Ştatlar və müttəfiqləri həmçinin NATO ərazisi üçün potensial təhlükənin qarşısını almağa imkan verəcək.

"Bu, alyansın 5-ci maddəsinə sadiqliyimizi və heç bir hücum əməliyyatını dəstəkləməyən ehtiyatlı qüvvələrdən qorunma tədbiridir" deyə Miller əlavə edib.