ABŞ və AB enerji təhlükəsizliyi üzrə işçi qrupu yaradır

ABŞ və AB enerji təhlükəsizliyi məsələləri üzrə birgə işçi qrupu yaradacaq.

Axar.az xəbər verir ki, bu barədə ABŞ və AB birgə bəyanat yayıb.

Bəyanata görə, ABŞ və AB Rusiyanın Qərb sanksiyalarından yayınmaq üçün rəqəmsal valyutalardan istifadə etməməsinə də nəzarət edəcək.

Onlar kibertəhlükəsizlik sferasında da əməkdaşlıq barədə razılıq əldə ediblər.