Abşeronda AİLƏ FACİƏSİ: Arvadını bıçaqlayıb intihar etdi

Azərbaycanda kişi arvadını bıçaqlayaraq intihar edib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu Güzdək qəsəbəsində qeydə alınıb.

Eldar adlı şəxs həyat yoldaşı S.H.-nı bıçaqlayıb. Arvadının öldüyünü zənn edən kişi daha sonra özünü asaraq intihar edib.

Bıçaqlanan qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.