Ağ qara ləkə GÖTÜRMƏZ!

“Biləcəridən o yana keçməyənlər” meydan sulayırlar. Sosial şəbəkənin onlara verdiyi imkanlardan çox təəssüf ki, düşmənə deyil oz daxilimizdə işin öhdəsindən layiqincə gələn, ölkəmizin maraqlarını beynəlxalq arenalarda uğurla müdafiə edən, fəaliyyəti Azərbaycan və azərbaycançılığa əsaslananlar hədəf alınırlar. Biz bu kimi hallarla çox tez-tez rastlaşır, mövcud vəziyyətin cəmiyyətə düzgün çatdırılması istiqamətində davamlı adımlar atırıq. Görünən odur ki, hələ də cəmiyyətin maarifləndirilməsinə sosial şəbəkə fenomenlərinin zərərli hərəkətlərinə qarşı geniş maştablı iş aparılmalıdır.

Gündəmin bir gündən artıq qalmadığı sosial şəbəkələrdə yanlış hədəflər düzü ikrah doğurur. 15 ildən artıqıdır ki, Parlament müxbiri kimi fəaliyyət göstərsəm də yeri gələndə də mən də bir jurnalist olaraq Milli Məclisin fəaliyyəti, deputatların əndazəni aşan hərəkətləri ilə bağlı yazıları qələmə almışam. Məqsəd isə mövcud problemi cəmiyyətə doğru-dürüst çatdırılması, məsələ ilə bağlı reallıqların geniş ictimayyətə çatıdırılması olub.

Ancaq dostlar bir sıra məsələlər var ki, bu məsələlərdə təndiq və ya bir məsələ və şəxs barəsində fikir bildirəndə geniş araşdırma aparmaq, məsələ və şəxs barəsində ətraflı məlumat əldə etmək lazımdır. Şəxsin bu zamana kimi gördüyü işlərə nəzər yetirmək lazımdır. Yalnız bu məlumatlar fonunda mövcud vəziyyətlə bağlı konkret fikir ortaya qoyulsa cəmiyyətimiz bu məsələdən daha çox yararlana bilər.

Milli Məclisin Spikeri Sahibə xanım Qafarova parlamentari ənənəsinə malik olan, Azərbaycanı uzun müddət beynəlxalq təşkilatlarda layiqincə təmsil edən, Spiker seçiləndən sonra isə fəaliyyəti ilə Milli Məclisdə demokratik ab-hava yaradan və bu hərəkətləri ilə cəmiyyətdə nüfuz sahibi olan məmurdur.

Apardığımız araşdırmalar da onu deməyə əsas verir ki, Sahibə xanım Qafarovanın fəaliyyəti ilə bağlı ekektron KİV-lərdə eləcədə sosial şəbəkələrdə elədə ciddi problemlərə rast gəlinmir. Ancaq bir sıra qüvvələr var ki, bilərəkdən və ya bilməyərəkdən xanım Sədrin fəaliyyətinə kölgə salmağa çalışır. Ancaq inanın ki, bu kölgə siz düşündüyünüz qədər qaranlıq deyil. Çünki, Sahibə Qafarovanın fəaliyyəti bu kölgələri dəf edir.

Ötən günlərdə Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfəri çərçivəsində MDB PA Şurasının Almatı şəhərində keçirilən MDB PA-nın 30 illiyinə həsr olunmuş iclasda çıxışı ilə dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici diplomatiyanın daha bir qələbəsinin şahidi olduq. Ermənistan rəhbərliyi Vətən Müharibəsindən sonra sülh müqaviləsi ilə bağlı tərəddüd etdiyi bir vaxtda erməni Spiker Azərbaycan tərəfindən irəli sürülən 5 şərt barəsində danışdı və bu şərtlərin məqbul hesab edildiyini ilk dəfə dilə gətirdi. Bu səmimi etiraf isə xanım Spikerin də iştirak etdiyi tədbirdə baş tutdu və o tədbir zamanı daha bir önəmli məqam isə erməni spikerin susturulması məsələsi idi ki, bu məsələ barəsində də elektron KİV-lərdə yetərincə məlumat var.

Söhbət nədən gedir? Dostlar bu kimi uğurlu fəaliyyət, Azərbaycanımızın artan nüfuzunun fonunda hər hansı mexaniki səhv (Bizdə olan məlumata görə, mən bu məsələnin şişirdilməsində erməni KİV-ləri və düşmən dəyirmanına su tökən, “sapı özünüzdən olan baltalar” xüsusi rol oynayır) gündəm olur.

Sahibə xanımın uğurlu 2 illik spikerlik fəaliyyəti onu deməyə əsas verir ki, ilk növbədə siyasətçi kimi, eyni zamanda xanım olaraq siyasət masasında söz demək və dövlətimizin mövqeyini ortaya qoyub onu müdafiə eləmək baxımından əməli işlər görüb.

AŞPA-da uğurlu təbliğat, Baltikyanı ölkələrə edilən səfər çərçivəsində keçirilən görüşlər, qardaş Türkiyədə, eləcədə digər beynəlxalq təşkilatlarda xanım sədrin susmaması, Azərbaycanın haqlı mövqeyinin geniş ictimayyətə çatdırılması istiqamətində çıxışları təbii ki, Sahibə xanımın siyasi təcrübəsindən xəbər verir.

Bu təcrübə isə Azərbaycana və azərbaycançılığa xidmət edir. Bundan heç kimin şübhəsi olmasın.

Sonda isə dostlar inanın ki, kimin kim olduğunu siz yox Dövlətimizi uğurla idarə edən, dövlətçiliyimizin inkişafını təmin edən və bu günkü Qələbəmizin təminatçısı çox gözəl bilir. Yəni, enerjinizi sərfəli işlərə yönəldib cəmiyyətimiz uçun daha faydalı işlər görə bilərsiniz....

Ədil Ədilzadə