Aidə Cəlilzadə Avropa Şurasına hüsabat təqdim etdi

Gənclər Birliyinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin baş müəllimi, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü Aidə Cəlilzadə 22-24 mart 2022-ci il tarixlərdə Konqresin 42-ci sessiyasında iştirak etmək üçün Fransanın Strazburq şəhərində işgüzar səfərdədir.

Azərbaycan nümayəndə heyətinin üzvü Aidə Cəlilzadə həmməruzəçisi olduğu “Ucqar bölgələrdə yaşayan gənclərin gələcəyi: yerli və regional hakimiyyət orqanlarının vəzifələri” mövzusunda hesabatı təqdim edib və Konqres üzvlərinin suallarını cavablandırıb.

Hesabatda Avropanın ucqar bölgələrində böyüyən gənclərin üzləşdiyi çətinliklərə diqqət çəkilib. Ucqar yerlərdə yaşayan gənclərin şəhərdəki həmyaşıdları ilə müqayisədə ictimai və siyasi həyatda iştirak etmək üçün daha az imkanlara malik olduğu vurğulanıb. Gənclərin kənd yerlərində qala bilməsinə daha yaxşı dəstək göstərmək üçün yerli və regional hakimiyyət orqanlarına çərçivə təqdim edilib. Həmçinin tövsiyə sənədində üzv dövlətlərin hökumətlərinə ucqar yerlərdə yaşayan gəncləri dəstəkləməyə və kənd yerlərində müvafiq infrastrukturu təmin etməyə çağırılıb. Müzakirələrdən sonra hesabat və onun əsasında hazırlanmış tövsiyə və qətnamə Konqres tərəfindən qəbul edilib.