“Azadlıq niyə ziyan gətirsin? Mən sadəcə cazibədaram. Xanım var ki, o da bu cür geyinir, amma mənə baxırlar, ona yox. Bu maqnitdirmi, energetikadırmı? Bilmirəm”.
Sabahinfo.az xəbər verir ki, bu sözləri Kulis.az-a açıqlamasında aktrisa Çimnaz Sultanova deyib:
“Kartof kisəsini də əynimə geyinsəm, möhtəşəm bir şey olacaq. Çünki mən ona gözəllik verirəm. Bir dəfə qar qız paltarı geyinmişdim, qolları bağlı, ətək dizdən aşağı, sinənin üstü də qapalı. Amma buna görə elə qalmaqal yarandı ki... Videonun üzərinə yaxşı musiqi qoyursan, düzgün pozalar verirsən, operator yaxşı çəkiliş edir, nəticə də olur “vau”. Yoldaşımı uşaqlıqdan tanıyırdım, ailəvi yaxınlığımız var idi. O, professordur, Almaniyada yaşayır, fizik-yazıçıdır. İlk məhəbbətimdir. Bu məhəbbət davam edir. Amma illər keçdikcə məhəbbətin forması dəyişir. Hər şey gördüyünüz kimi deyil”.