"Location" gecə klubunda baş verən partlayışda yaralanan bloger Aysel Şükürova sosial şəbəkə hesabından paylaşım açıqlama yayıb.
Sabahinfo.az xəbər verir ki, o, açılamasında ağrılarının güclü olduğunu və psixoloji dəstək aldığını ifadə edib. Bundan əlavə Aysel Türkiyəyə əməliyyata gedəcəyini bildirib.
"Partlayışdan əvvəl dostlarımla Qubaya gedirdik. Dedim ki, qəza keçirək, komaya düşüm və bilim məni nə qədər insan sevir. Qəza keçirmədik, amma daha pisi oldu. Ayaqlarım çox pis haldadır, 6 aya düzələcək. Həkim deyir ki, 6 ay heç nə etmək olmaz. Bəlkə Türkiyəyə əməliyyata getdim".
Aysel qohumlarından gileylənib:
"Qohamlarımdan saymayanlar oldu. Lap yaxın, qan bağı olanlar saymadı. Allah bəlalarını versin. Onlara hər zaman nifrət etmişəm, edəcəm də. Öz pisliklərində boğulsunlar".