Anar Məmmədov Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR

Milli Məclisin deputatı Anar Məmmədov YAP Tərtər rayon təşkilatının inzibati binasında vətəndaş qəbulu keçirib.

Sabahinfo.az xəbər verir ki, qəbulda YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısının müavini, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri və qazilər iştirak edib.

Qəbul zamanı əsasən sosial problemlərin həlli, məşğulluq, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sahələr ilə bağlı müraciətlər səsləndirilib.

Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün bəzi məsələlər operativ olaraq həll edilib, həlli vaxt tələb edən məsələlərlə bağlı problemlər qeydiyyata alınaraq öz həllini tapması üçün aidiyyəti qurumlara müraciətlərin ediləcəyi vətəndaşların nəzərinə çatdırılıb.

Qeyd edək ki, millət vəkili Anar Məmmədov davamlı olaraq vətəndaşlarla görüşlər keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görür.

Qəbuldan sonra A. Məmmədov şəhid ailələrini ziyarət edib.