Bakının mərkəzində baş verən yanğın söndürüldü - YENİLƏNİB

Bakının mərkəzində fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

Bu barədə Sabahinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonu, Vidadi küçəsində yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.

Evin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub.

***

16:05

Bakının Yasamal rayonu Vidadi küçəsində fərdi yaşayış evində yanğın baş verib.

Sabahinfo.az xəbər verir ki, yanğın iki mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

15:47

Bakının mərkəzində fərdi yaşayış evində yanğın başlayıb.

Sabahinfo.az xəbər verir ki, yanğın Dövlət Dram teatrının yaxınlığında baş verib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər keçirilir.