“Real Madrid”in yeni futbolçusu Arda Güler əməliyyat olunacaq.
Bir müddət öncə türkiyəli yarımmüdafiəçi məşqlərdən birində sağ dizindən zədələnib. O, “Real Madrid”in heyətində heç bir yoldaşlıq görüşündə oynamayıb.
Məlumatına görə, 18 yaşlı gəncin əməliyyata ehtiyacı olacaq. Qərar son bir neçə saat ərzində, bütün məlumatların təhlil edildiyi bir neçə görüşdən sonra qəbul edilib.
Gülerin meydana qayıtma vaxtı onun sağalma tempindən asılı olacaq. İlkin məlumata görə, futbolçu təxminən ayyarımı buraxacaq.
Xatırladaq ki, Güler “Real Madrid”ə iyulun əvvəlində “Fənərbağça”dan keçib.