Ərinin videosuna görə istefa ərizəsi yazan qadın işdən çıxarıldı

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova işdən kənarlaşdırılıb.

Sabahinfo.az xəbər verir ki, onun adı icra hakimiyyətinin aparatının strukturtundan çıxarılıb.

Qeyd edək ki, G.Eyvazova bir müddət əvvəl həyat yoldaşının “Tiktok”da qeyri-etik ifadələr işlətməsi ilə gündəmə gəlib.

İcra hakimiyyətində sürücü işlədiyi deyilən müavinin həyat yoldaşı Habil Eyvazov içkili halda canlı yayım açaraq dinə, namaza istehzalı münasibət sərgiləmişdi.