Arvadının şəklini görüb göz yaşlarını saxlaya bilmədi - VİDEO

Bu gün İran prezidenti Məsud Pezeşkian hökumət rəsmilərinin qarşısında çıxış etdiyi zaman mərhum həyat yoldaşının şəklini görərkən göz yaşlarını saxlaya bilməyib. 

Sabahinfo.az İran KİV-lərinə istinadən xəbər verir ki, buna görə də o çıxışını yarıda qoyub.

Pezeşkian "İcazə verin, mən danışmayım. Çünki mənim üçün çox çətindir. Bağışlayın!", - deyərək tribunadan enib. 

Qeyd edək ki, 1993-cü ildə Məsud Pezeşkianın ginekoloq işləyən həyat yoldaşı və oğlundan biri avtomobil qəzasında həlak olub. Bundan sonra o heç vaxt ailə həyatı qurmayıb.  Digər 2 oğlu və 1 qızını tək böyüdüb.