Bu gün Bakıda və Abşeron yarımadasında tozun miqdarı 1.5 dəfə normadan artıqdır.
Sabahinfo.az xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva məlumat verib.
Onun sözlərinə görə, tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq lokal, eyni zamanda transsərhəd xarakter daşıyır:
"Tozlu hava şəraitinin 2 gün ərzində davam edəcəyi gözlənilir”, - deyə R. Allahverdiyeva vurğulayıb.