Siyəzən rayonunun Sədan kəndində yağan güclü yağışlardan sonra sürüşmə zonasına baxış keçirdik.Potensial təhlükəli ərazilərdə yerləşən evlərdə yaşayan vətəndaşlarla görüşüb, onların təkliflərini dinlədim. Vətəndaşların təhlükəsizliyinin təmin olunması, eləcə də yaranmış risklərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara ətraflı məlumat veriləcək və vəziyyət nəzarətdə saxlanılacaq.
Müşfiq Məmmədli
Milli Məclisin deputatı