Avropa Ittifaqının töhfəsi ilə regiondan olan xanımlar Bakıda Qadın Sahibkarlıq Forumunda iştirak edir

Bakı, 28 Noyabr 2022-ci il –Avropa İttifaqı tərəfindən maliyyələşdirilən BMT-nin Qadınlar Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində həyata keçirilən “Gender yönümlü və çoxtərəfli əməkdaşlıq vasitəsilə davamlı inkişaf yolunda qadınların potensialının gücləndirilməsi və iqtisadi səlahiyyətləndirilməsi” layihəsinin Quba- Xaçmaz regionundan olan benefisiar qadınları 23 noyabr tarixdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçirilən Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş “Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq”adlı V Forumda iştirak etmişdirlər.

Forumun "Dayanıqlı inkişaf yolunda qadınların iqtisadi gücləndirilməsi" panelində BMT-nin adı çəkilən birgə proqramının meneceri, gender sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları nümayəndələri, Gürcüstan Biznes Qadınları Şurasının təmsiçiləri və yuxarıda adı çəkilən layihənin 46 benefisiarı iştirak etmişdir. Birgə proqramın layihə meneceri Dilara Büyüktaş "Gender Bərabərliyi Naminə: Birlikdə Gender Stereotiplərinə və Gender Əsaslı Zorakılığa Qarşı" proqramı çərçivəsində görülən fəaliyyətlərin Azərbaycan da daxil olmaqla hədəf regionlarda töhfəsi haqqında, Gürcüstan Biznes Qadınları Şurasının direktoru Natia Maperaşvili Cənubi Qafqazda sahibkarlıq fəaliyyətində qadınların səlahiyyətləndirilməsi üzrə fəaliyyətlərindən və Azərbaycan qadınları ilə əməkdaşlıq qurulması potensialından danışmışdır. Həmçinin müzakirə panelində layihənin benefisiaları arasında seçilən 3 qalib də çıxış edərək öz uğur hekayələrini bölüşmüşdür. “Qadın sahibkarları arasında təcrübə mübadiləsi və biznes şəbəkəsinin qurulması onların daha da səlahiyyətləndirilməsi və iqtisadi azadlığı üçün olduqca vacibdir”– Dilara Büyüktaş, EU4GE layihə meneceri bildirmişdir. Bu layihə BMT Qadın Agentliyi (UN WOMEN) və BMT Əhali Fondu (UNFPA) tərəfindən icra olunan, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Avropa İttifaqı Gender Bərabərliyi Naminə: Birlikdə Gender Stereotiplərinə və Gender Əsaslı Zorakılığa Qarşı" proqramı çərçivəsində həyata keçirilir. Bu Proqram gender rolları barədə sosial təsəvvürləri dəyişdirməklə, gender stereotiplərini aradan qaldırmaqla, kişilərin uşaq baxımı və digər məişət işlərində iştirakını artırmaqla qadınlar və kişilər üçün bərabər hüquq və imkanların gücləndirilməsinə yönəlmişdir. Bu sənədin məzmunu tam olaraq AQSİA-nın məsuliyyətindədir və Avropa İttifaqının mövqeyini əks etdirmir.