Şəhid Məmmədov Rasim Abbas oğlunun şəhdilik zirvəsinə ucaldığı gündür. Hörmətli həmkarım Aydın Hüseynov ilə birlikdə Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimizin ruhuna duallar oxuduq.
Rasim Məmmədov 1968-ci ildə Füzuli rayonunun Aşağı Rəfəndinli kəndində anadan olub. 1992-ci ildə könüllü olaraq döyüşlərdə iştirak edib. 1994-cü ildə Qaradağ Rayon Hərbi Komissarlığının xətti ilə yenidən ordu sıralarına qayıdıb. Həmin ilin 25 aprel tarixindəqəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Allah bütün şəhidlərimizə rəhmət etsin.
Vüqar Bayramov
Milli Məclisin deputatı

