Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova bir müddət əvvəl nişanlandığı Eşqinlə birgə ilk dəfə efirə çıxıb.
Sabahinfo.az xəbər verir ki, “Zaurla Günaydın” verilişinə qonaq olan cütlük toy planlarından danışıb. “Nişanımız çox böyük olduğu üçün elə toy kimi olub”, - deyən Aysun yay gəlini olmaq istədiyini vurğulayıb.
“Düşünürdük ki, oktyabrda böyük toy edək. Amma mən 500-600 insanın olduğu toy istəmirəm. Hər zaman hovuz kənarında, gənclərin olduğu toy arzulamışam. Anam nişanı toy kimi etdi. Biz ailəli sayılırıq, nikahımız da olub. Rusiyada Eşqin kişi toyu da edib”.(oxu.az)
Ətraflı videoda: