Azay Quliyevdən din xadimlərinin rotasiyası ilə bağlı təklif

Milli Məclisdə "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişikliyin mahiyyəti barəsində fikirlərini bölüşən Azay Quliyev qanuna təklif olunan dəyişiklik dini qurumların idarəçiliyində mövcud mexanizmlərin təkmilləşdirilməsi, savadlı və sağlam dini düşüncəyə malik mütəxəssislərin idarəetmə prosesinə cəlb olunması, dini qurumların qeydiyyatının sadələşdirilməsi, idaretmədə mümkün bürokratiyanın və lüzumsuz iki pilləliyin aradan qaldırlıması, vətəndaşların verdikləri ianələrin qəbulunda və istifadəsində şəffaflığın və hesabatlığın təmin olunması və bütövlükdə bu sahədə milli təhlükəsziliyə ola biləcək mümkün təhdidlərin qarşısının alınması baxımdan çox vacib və faydalı hesab edib: “Bundan başqa bu dəyişiklərin mahiyyəti və ruhu Qafqaz Müsəlmanları idarəsi ilə müvafiq icra hakimiyyəti orqanı arasında birgə əməkdaşlığı və birgə fəaliyyəti daha təkmil və müasir çağırışlara uyğun qurulmasına ciddi töhvə verəcəyini də qeyd etmək istərdim. Dəyişikliklərin mahiyyətinə gəldikdə isə, onları əsasən 3 qrupa bölmək olar 1-ci qrup dəyişiklik, islam dininə aid ibadəd yerlərinə və ziyarətgahlara din xadimlərinin Qafqaz Müsəlmanları İdarəsinə məlumat verməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunması. (Onsuz da əvvəlki qayda da bu təyinat QMİ tərfindən aparılanda da idarə müvafiq icra hakimiyyətinə məlumat verirdi, indi də müvafiq icra hakimiyyəti bu təyinatı həyata keçirən zaman QMİ məlumat verəcək, yəni, birgə əməkdaşlıq mühiti qorunub saxlanılacaq). Ümumiyyətlə, din xadimlərinin müvafiq dövlət orqanları tərəfindən təyin olunması təcrübəsi dünyada yeni deyil, qardaş Türkiyə və bir çox dünyəvi ölkələrdə bu praktika çoxdan istifadə olunur. Təqdirə layiq haldır ki, QMİ və şəxsən Şeyx Həzrətləri bu dəyişkliyi dəstəklədiyini bildirərək dindarları və din xadimlərini onlara birmənalı şəkildə əməl etməyə çağırıb”.

Azay Quliyev onu da vurğulayıb ki, bu mütərəqqi dəyişikliyi fərqli istiqamətdə yozmağa çalışanlar var və onların hardan idarə olunduğu və bəsləndiyi düşünürəm ki, heç kimə sirr deyil: “Bu cür reaksiyalar bir daha onu göstərir ki, bu sahədə aparılan islahatlar doğrudur, şəffaflaşmağa və saflaşmağa xidmət etdiyindən bu kimi dairələrin narahatlığına səbəb olur. Qanunun 8-ci maddəsinə təklif olunan digər dəyişikliyə əsasən 5 ildən bir din xadimlərinin attestasiya edilməsi səlahiyyəti müvafiq icra hakimiyyəti orqanından alınaraq QMİ verilir. Bu da çox maraqlı yanaşmadır, burda da məqsəd təyinat və atestaiya prosesində balansı və qarşılıqlı nəzarəti qorumaqdır ki, bu da təqdir olunmalıdr. Yeri gəlmişkən bura da bir təklifi də səsləndimək istərdim. Yaxşı olardı ki, din xadimlərinin 5 ildən bir rotasiya olunması haqqında yeni müddəa da qanunvericliyə gətirilsin. Çünki, biz bilirik ki, bir dini xadiminin uzun müddət bir yerə rəhbərlik etməsi, müəyyən mənfi nəticələrə, bəzən onun ətrafında qruplaşmaların yaranmasını gətirib çıxarır ki, bunun da fəsadları qaçılmaz olur. Ona görə də ibadəd yerlərinə və ziyarətgahlara təyin olunan din xadimlərinin 5 ildən bir yerlərinin dəyişilməsini vacib hesab edirəm. 2-ci qrup dəyişiklik dini qurumun qeydiyyatı və hüquqi ünvanın dəyişilməsi haqqında məlumatın verilmə qaydası haqqındadır. Bu dəyişikliyi də müsbət dəyişiklik hesab edirəm. Belə ki, dini qurumun nizamnaməsi öz dini mərkəzinin nizamnanməsinə uyğun olmalıdır tələbi aradan qalxır. Eyni zamanda onların qeydiyyatı nisbətən sadələşir və qeydiyyat sənədlərinin təqdimatı üçün tələb olunan 30 günlük vaxt çərçivəsi də qanunvericilikdən çıxarılır. Ümid edirəm ki, müvafiq icra hakimiyyəti orqanı qeydiyyat prosesini elektronlaşdıraraq bunu daha da asanlaşdıracaqdır. Bundan başqa, dini qurum hüquqi ünvan dəyişmək üçün əvvə l7 gün ərzində tabe olduğu dini mərkəzə məlumat verirdi, dini mərkəzdə dini komitəyə 10 gün ərzində eyni məlumatı təqdim edirdi”.