"Azərbaycana geni dəyişdirilmiş meyvələrin özü yox, toxumları gətirilir" - Deputat

"Qida təhlükəsizliyi vətəndaşın təhlükəsizliyi deməkdir".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Azərbaycanda insan psixologiyasına təsir edən məhsullar var:

"Geni dəyişdirilmiş məhsullar əsas problemlərdir. Hətta artıq Azərbaycana geni dəyişdirilmiş bu meyvələrin özü yox, toxumları gətirilir".