“Azərbaycançılıq ideologiyası: təşəkkül tapması, tarixi inkişaf mərhələləri, istiqamətləri”

“Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi bu mövzuda konfrans keçirib

Aprelin 21-də AMEA Tarix İnstitunun konfrans zalında “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycançılıq ideologiyası: təşəkkül tapması, tarixi inkişaf mərhələləri, istiqamətləri” layihəsi çərçivəsində konfrans keçirib.

Konfransda giriş sözü ilə çıxış edən “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Kamran İsmayılov Azərbaycançılıq ideologiyasının təməl prinsipləri, məzmunu və mahiyyəti, formalaşması və inkişaf mərhələlərindən danışıb. Layihə rəhbəri qeyd edib ki, Azərbaycançılıq ideyasının dərin tarixi köklərinin araşdırılmasına, onun tarixi-coğrafi, etnososioloji amillərinin tədqiq edilməsinə əsas diqqət yetirilməsi çox vacibdir.

Daha sonra tədbir iştirakçılarından fəlsəfə elmləri doktoru, professor Füzuli Qurbanov, fəlsəfə elmləri doktoru, professor Rəfail Əhmədli, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov, fəlsəfə üzrə fəlsəfə doktoru və AMEA Şərqşünaslıq İnstitunun elmi işçisi Mirzə Ənsərli Azərbaycançılıq ideologiyasının təşəkkül tarixi və inkişafı barədə çıxış ediblər.