Azərbaycanda 9 günlük bayram tətili BAŞA ÇATDI

Bu gündən Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9 günlük tətil başa çatır.

Sabahinfo.az-ın məlumatına görə, martın 19-da başlayan qeyri-iş günləri başa çatıb və bu gün - martın 28-də iş günüdür. 

Qeyd edək ki, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Bununla əlaqədar martın 20-si bazar gününə təsadüf etdiyi üçün 25 mart qeyri-iş günü olub. 

Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) qeyri-iş günləri olub.