Azərbaycanda DƏHŞƏT: Məktəb binası çökdü, ölənlər var - YENİLƏNİB

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə 2022-ci il martın 1-dən etibarən yenidənqurma işləri həyata keçirilir.

Sabahinfo.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyindən APA-ya verilən xəbərə görə, 2022-ci il 31 mart tarixində Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə tikinti işləri aparılarkən binanın bir divarının çökməsi nəticəsində 3 nəfər tikinti işçisi həlak olmuş, 1 nəfər isə xəsarət alıb.

Aidiyyatı qurumlar tərəfindən hadisənin səbəbləri barədə araşdırma aparılır.

*** 14:28

Təhsil Nazirliyi Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi ilə bağlı məlumat yayıb.

Sabahinfo.az xəbər verir ki, məlumatda deyilir:

"Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur.

Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər.

Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".

*** 13:50

Aparılan inşaat əsanasında məktəb çöküb.

Sabahinfo.az xəbər veri ki, Naxçıvan şəhərində bədbəxt hadisə baş verib.

Hadisə şahidlərindən verilən məlumata görə, Naxçıvan MR Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbədə aparılan inşaat əsnasında məktəb çöküb. Nəticədə 20-dən artıq insanın öldüyü və çoxlu sayda yaralıların olduğu bildirilir. (qazet.az)