Azərbaycanda idmanın inkişafı çox düşünülmüş və məqsədyönlü şəkildə təmin edilir

Azərbaycanın çox şanlı və gözəl idman tarixi vardır. Azərbaycanda idmanın inkişafı çox düşünülmüş və məqsədyönlü şəkildə təmin edilir.  Çünki gənc nəslin yetişməsi idman qələbələrinin əsas şərtidir. Azərbaycanda  idmanın inkişafı, onun bütün ölkə boyunca kütləviliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. İdmanla bağlı dövlət siyasəti ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra formalaşıb.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkə idmanının vəziyyəti ilə maraqlanmağa başladı və bu sahənin inkişafı üçün mühüm qərarlar verdi.
1997-ci ildə cənab İlham Əliyevin  Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə Azərbaycanda idmanın sürətli inkişafı başladı. İlk olaraq idman infrastrukturu yenidən quruldu. Eyni zamanda,idmançıların stimullaşdırılması məsələsi daim diqqət mərkəzindədir. Bilirsiniz ki,dövlət tərəfindən nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanın bayrağını ucaldan idmançıların təltif olunması, onların məişət vəziyyətinin yaxşılaşdırılması və ictimai həyatda layiqli yer tutması üçün mühüm addımlar atılır.
Bu gün Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədi Azərbaycanda idmanın kütləviliyini təmin etməkdir. Sevindirici haldır ki, bu istiqamətdə yüksək nəticələr əldə olunub. Bu gün bölgələrin əksəriyyətində Olimpiya İdman kompleksləri və digər idman qurğuları fəaliyyət göstərir. Gənclər bu komplekslərdən səmərəli istifadə edirlər. Biz müharibə şəraitində yaşayan dövlətik, gənc nəsil nə qədər sağlam olsa, torpaqlarımızı daha güclü qoruyacaq. Çox müsbət haldır ki, belə bir nəsil yetişib. Bütövlükdə, görülən işlər nəticəsində ölkəmizdə peşəkar idmançılar və idman mütəxəssisləri yetişir. Bu da kütləviliyin mühüm amillərindən biridir.
Bu günlərdə Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idmançıları yarışda 16 medal qazandı, onlardan 7-si qızıl medaldır.
Azərbaycanın Dövlət himni Bolqarıstanda yeddi dəfə səslənmişdir. Komanda hesabında ölkəmizin komandası birinci yerə layiq görülmüşdür Bu, böyük iftixar hissi oyadan bir hadisədir. Azərbaycan sürətlə, çox dinamik inkişaf edən ölkədir. Azərbaycanda bütün sahələrdə quruculuq işləri aparılır, islahatlar keçirilir, ölkəmiz dünyadakı mövqelərini möhkəmləndirir, dünyada böyük və müsbət imicə malikdir.
Hazırda azad edilmiş şəhərlərimizin Baş planlarında stadionların, idman kompleksləri və digər idman qurğularının öz əksini tapması Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin idmanın inkişafına nə qədər  böyük  önəm verdiyinin əyani sübutudur.

Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri