"Dünya təcrübəsində mediasiya təsisatı adətən taleyin ümidinə buraxılır. Azərbaycanda isə dövlət mediasiya institutuna tam şəkildə dəstək göstərir".
E-huquq.az xəbər verir ki, bunu deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov AzTV-nin "Çıxışa doğru" proqramında deyib. O bildirib ki, Azərbaycanda mediasiya institutu artıq özünü doğruldub. "Biz mübahisələrin alternativ həlli dedikdə hansısa alternativ bir qurum yaratmırıq. Məqsəd vətəndaşların rifahına xidmət etməkdir. Mediasiya institutu fəaliyyət göstərdikcə də aparılan təhlillərlə biz bu sahədə olan çatışmazlıqları, qanunvericilikdə olan boşluqları, inamsızlıq yaradan amilləri və sair daha yaxşı görə bilirik", - deyə o qeyd edib.