Azərbaycanda quzu əti BAHALAŞDI - VİDEO

Azərbaycanda quzu əti bahalaşıb.

Sabahinfo.az  "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, bazarda qoyun əti 7-8, quzu əti isə 15-16 manatdır. Qiymət artımınadək quzu əti 13-14 manat idi. Ət satışı ilə məşğul olan şəxslər ölkə üzrə quzu ətinin topdansatış qiymətinin artdığını deyirlər.

Heyvandarlıq təsərrüfatlarının sahibləri də deyilən fikirləri təsdiqləyirlər. Mal-qaranın əsas qidasını təşkil edən otun bahalaşmasının səbəblərindən biri məhsuldarlığın az olmasıdır.

Digər səbəb isə xaricdən idxal olunan gübrələrin bahalaşmasıdır.