Yerli vaxtla saat 17:02-də Zaqatala stansiyasından 10 kilometr cənub-şərqdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Sabahinfo.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosuna istinadən xəbər verir.
Qeyd olunub ki, maqnitudası 3,9, dərinliyi isə 23 km olan zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqlərində 3 bala qədər hiss olunub.