“Azərbaycan ölkəni bərpa olunan enerji mənbələrindən enerji istehsalçısına və ixracatçısına çevirmək üçün çalışır”.
Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.
Dövlət başçısı əlavə edib ki, artıq Azərbaycanda ilk külək və günəş elektrik stansiyalarının tikintisinə başlanılıb.