"Azərbaycanı dünyada söz sahibi edən İlham Əliyev oldu"

"Azərbaycan müstəqillik qazandıqdan sonra, torpaqları erməni hərbi birləşmələri tərəfindən işğal olunmağa başladı. Buna görə də Azərbaycanda hakimiyyət böhranı baş verdi. Eyni zamanda o zaman ki, hakimiyyətdə olan, idarəçilik qabiliyyəti olmayan şəxslər bir çox qonşu dövlətlər, eləcə də dünya dövlətləri ilə münasibətləri çox yanlış mənada qurdular. Onlar həmin dövlətlərlə ,istər qonşu dövlətlər, istər digər dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri ya qura bilmədilər, ya qurmadılar ya da ki, olan münasibətləri də korladılar. Hətta bizə yaxın olan, dost olan ölkələr ilə belə, münasibətlərimizi pisləşdirdilər. Siyasi savadları olmadan vermiş olduqları bəyanatlar və çıxışlar nəticəsində bu münasibətlər korlandı"



“Azerforum” xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına politoloq Ramiz Alıyev danışıb. Onun sözlərinə görə, 1993 -cü ildə Heyrdər Əliyevi prezident seçildikdən sonra, qonşu dövlətlərlə münasibət yaranmağa başladı. Ancaq 1993-cü ilin oktyabr ayından başlayaraq, H. Əliyev hakimiyyətə rəhbərlik edəndə, yəni prezident seçiləndən sonra ilk olaraq qonşu dövlətlər ilə münasibətlər qurulmağa başladı.
“Qardaş Türkiyə ilə münasibətlərimiz daha da yaxşılaşdı. Eyni zamanda digər qonşu dövlətlərlə münasibətlərimiz yaxşılaşdı. Bir dövlətdən başqa, təbii ki, bizə düşmən olan Ermənistanla münasibətlər olduğu kimi qaldı. Ancaq digər beynəlxalq təşkilatlarla Azərbaycanın münasibətləri yaxşı inkişaf etdi. Həmin beynəlxalq təşkilatlar Azərbaycana dövlət kimi öz siyasətini dəstəklədiklərdiklərini bildirdilər. Azərbaycanın daha da yeni bir tarixə,yeni bir siyasi arenaya qədəm qoyduğunu bəyan etdilər. Bu səbəbdən də, Azərbaycan beynəlxalq təşkilatlarla get-gedə münasibətləri istiləşməyə başladı. Daha sonra isə bu dövr 2003-cü ilə qədər yüksəliş formasında gəldi. 2003-cü ildən sonra Azərbaycan respublikasına rəhbərliyi cənab prezident İlham Əliyev öhdəsinə götürdü və xalqın etimadını qazandıqdan sonra Azərbaycan qonşu dövlətlər ilə münasibətləri daha da güclü inkişaf etdirməyə başladı. Bunu bir növ belə deyək ki, dağılmış bir evi yenidən qurmaq və dağılmış bir evi yenidən quran Ulu öndər Heydər Əliyev oldu və Azərbaycanı dünyada sevdirən, inkişaf etdirən, Azərbaycanı dünyada söz sahibi edən də məhz elə ulu öndərin siyasi davamçısı İlham Əliyev oldu”,- deyə politoloq bildirib. O, qeyd edib ki, bu gün Azərbaycan dünyanın bütün beynəlxalq təşkilatlarında demək olar ki, birbaşa təmsil olunur və ya müşahidəçi qismində təmsil olunur.
Politoloq hesab edir ki, indi Azərbaycan həm də, beynəlxalq tədbirlərin təşkil olunduğu bir məkana çevrilib. Bütün beynəlxalq təşkilatlar Azərbaycana etimad göstərir. İndi Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək gücündədir.
“İstər beynəlxalq humanitar formlar ,istər mədəniyyət tədbirləri, istər idman tədbirləri, istər musiqi və digər müxtəlif növlü tədbirlər Azərbaycanda təşkil olunur və Azərbaycana çox böyük etimad göstərilir. Azərbaycan dünyanın ən yaxşı qorunan, ictimai təhlükəsizliyi sabit olan ölkələr sırasındadır. Bu, bizim ölkəmiz üçün çox mütərəqqi bir addımdır. Buna görə də Azərbaycana böyük inam var”,- deyə politoloq əlavə edib. Onun sözlərinə görə, Azərbaycan hazırda öz qonşuları və digər dövlətlərlə çox yaxşı münasibətlər qurub. Biz bunu 44 günlük Vətən müharibəsində gördük. “Həmin dövrdə Azərbaycan beynəlxalq təşkilatlara, eyni zamanda dünya dövlətlərinə haqlı olduğunu göstərdi. Bütün bunlar bir günün içində baş vermir. Bu hörmət, bu diqqət bir günün içində yaranmır. Təbii ki illərin zəhməti var. Diplomatiyanı bilmək mütləqdir. Bu gün Azərbaycanın beynəlxalq təşkilatlarda və dünya dövlətləri sırasında yüksək hörmətə malik olmasına səbəb cənab İlham Əliyevin diplomatik fəaliyyəti, diplomatik savadı, dünya görüşü və eyni zamanda qətiyyətli mövqeyidir”,- deyə Ramiz Alıyev əlavə edib. Onun sözlərinə görə, Azərbaycan dövlətinin yerləşdiyi region çox həssas regiondur və burada balanslaşdırılmış siyasət yürütmək çox asan məsələ deyil.
“Biz bunu qonşularımızda görmüşük. Balanslaşdırılmış siyasət yürütmək üçün, mütləq şəkildə həmin ölkənin lideri yüksək siyasi savada malik olmalıdır, diplomatik girişlər etməyi bacarmalıdır, dünya görüşü yüksək səviyyədə olmalıdır” - deyə politoloq bildirib.

İlahin, Bizimyol.info