Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) saytındakı məlumatlar bunu deməyə əsas verir.
Məlumata görə, 2015-ci ilin üç ayı ərzində onların sayı 23,7 min nəfər yaxud 4,1% azalıb.
Ümumilikdə isə, 2014-cü ilin aprelindən 2015-ci ilin aprelinədək Rusiyanı 34 min azərbaycanlı tərk edib.
Üç ayın yekununa görə vəziyyət belədir: Rusiyanı 111,7 min Özbəkistan vətəndaşı, 37,5 min qırğız, 27,4 min tacik tərk edib.
Eyni zamanda bu ölkədə Ermənistan (16,3 min nəfər), Belarus (18,5 min), Çin (19,5 min), Qazaxıstan (46,8 min) və Ukrayna (137,3 min) vətəndaşlarının sayı artıb.
Ölkədən gedənlərin sayı Ukraynadan gələnlərin sayı ilə kompensasiya olunub – yanvardan aprelədək Rusiyaya ukraynalıların sayı 137 min nəfər artıb.
Ümumilikdə aprelin əvvəlinə olan məlumata görə, Rusiyada 11 milyona yaxın xarici ölkə vətəndaşı var. Bir il əvvəl – 2014-cü ilin aprelində onların sayı 10,8 mln. nəfər olub.