"Azəriqaz"-da açıqlama yaydı

"Azəriqaz" İstehsalat Birliyi Səbail rayonu, T.Əliyarbəyov 13 a ünvanındakı gecə klubunda baş vermiş partlayışla bağlı daha bir açıqlama yayıb. Qurumdan verilən məlumata görə, partlayışın maye qaz balonunda yaranmış sızma nəticəsində baş verməsi ehtimal olunur: "Belə ki, müəssisənin daxilində qoşulu vəziyyətdə olan propan qaz balonları ( 3 ədəd) aşkar olunub. Qeyd olunan obyekt təbii qaz istifadəçisi deyil. Həmçinin yaxınlığında yeraltı qaz xətləri mövcud deyil"

Rəsmi məlumata görə, təhlükəsizlik məqsədilə qeyd olunan ərazinin qaz təchizatı dayandırılıb.