Aztəminatlı ailələrə bayram sovqatlarının paylanılmasına start verilib - FOTO

Ramazan bayramı ərəfəsində aztəminatlı ailələrə bayram sovqatlarının paylanılmasına start verilib.

Yasamal rayonu ərazisində aztəminatlı ailələr ziyarət olunub, onlara bayram sovqatları paylanılıb.Allah bütün tutulan orucları qəbul etsin, müqəddəs Ramazan ayının xatirinə dövlətimizi hər zaman qüdrətli, ölkəmizi firavan, Ali Baş Komandanımızı və ordumuzu müzəffər, bayrağımızı yüksək etsin. Vətən uğrunda canından keçən şəhidlərimizə bir daha Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa arzulayıram!

 

Ülvi Quliyev,

Milli Məclisin deputatı