Azərbaycanlı Rusiyada 6 yaşlı uşağı xilas etdi

Azərbaycanlı Sankt-Peterburqda 6 yaşlı oğlanı xilas edib.


Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı doğma anası tərəfindən evdən qovulan 6 yaşlı oğlana sığınacaq verib.

AzVision.azRusiya KİV-nə istinadən xəbər verir ki, 17-ci polis bölməsinə yerli sakin müraciət edərək mənzilində qonşunun 6 yaşlı oğlu, Dimanın yaşadığını deyib.

"Onun mənzilimdə yaşamağını çox istədiyimi deyə bilmərəm. Sadəcə uşağa yazığım gəlir. Onun anası Qalya uşağı evdən qovub”, - Elbrus adlı həmyerlimiz bildirib.

Hadisə yerinə polislər, tibbi briqada cəlb olunub. Məlum olub ki, Dimanı anasının saxladığı it dişləyib. Qonşular bildiriblər ki, uşağın yaşadığı mənzildə antisanitariya baş alıb gedir.

Hazırda Dimanın vəziyyəti ilə sosial orqanlar maraqlanır. Polis Dimagilin evinə girməyə cəhd etsə də, buna müvəffəq ola bilməyib.