"Bir müddətdən sonra orda olan yeyintilər 100 milyona çatır" - Deputat

“Elə sahələr var ki, orda qabaqlayıcı tədbirlər görülməyəndə bir müddətdən sonra orda olan yeyintilər 100 milyona çatır. Bir az zaman keçəndə milyardlarla ölüçlən yeyintilərə gətirib çıxarır".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında  Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

"Ona görə də bu sahədə daxili auditin rolunun artırılması onun həm obyektivliyi baxımdan, həm də orda olan çatışmazlıqların aradan qaldırılması baxımdan müsbət təsir göstərər”, -deyə  deputat bildirib.