Yaponiyanın iri avtomobil istehsalçılarından olan "Mitsubishi Motors” işçilərinin əmək haqqını azaldır.
AzNews.azYaponiya KİV-lərinə istinadən xəbər verir ki, şirkət belə bir qərarı az yanacaq sərf edən avtomobillərin istehsalı üzrə konveyeri bağladıqdan sonra qəbul edib.
Qeyd edək ki, ixtisarın ediləcəyi Midzusima zavodu azlitrajlı avtomobillərin istehsalında aparıcılardandır. Konveyer 4 modelin ("Mitsubishi eK-Wagon” və "Mitsubishi ek-Space”, eləcə də "Nissan Motor” şirkəti ilə birgə hazırlanan "DAYZ” və "DAYZ ROOX”) yanacaq sərfiyyatı ilə bağlı məlumatın uzun müddət manipulyasiya edilməsi üzə çıxdıqdan sonra dayandırılıb. Avtomobil istehsalçısının qiymətləndirməsinə əsasən, 625 min avtomobilin sınaqdan keçirilməsi zamanı qanun pozuntusuna yol verilib. Bazar ertəsi açıqlanan məlumatlara əsasən, "Mitsubishi”nin azlitrajlı avtomobillərinin satışı aprel ayında 44,9% aşağı düşüb. Ötən il Midzusima zavodu 309 min avtomobil buraxıb. Onlardan təxminən 60 faizi yanacaq sərfiyyatı barədə məlumatların manipulyasiya olunduğu modellərdir.
Onu da qeyd edək ki, Midzusima zavodunda ümumilikdə 3 600 nəfər işləyir. Hazırda onlardan 1300-ünün əmək haqqının azaldılması barədə danışıqlar aparılır. İxtisarın miqyası açıqlanmır.
Hələlik isə işçilərdən işə çıxmamaq xahiş olunub.