Tanınmış jurnalist, Yazıçılar Birliyinin üzvü, şairBöyükkişi Heydərli vəfat edib. Bu barədə Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib. O qeyd edib ki, Böyükkişi Heydərli bu gün səhər saatlarında dünyasını dəyişib. Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Böyükkişi Heydərli 1950-ci ildə aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb.İlk şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin may ayından başlayaraq uzun müddət "Yeni Müsavat" qəzetində redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub.Bir müddət yazıçı Qor təxəllüsü ilə çıxış edib. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir. 2001-ci ildə "Səmasız buludlar" adlı şeirlər kitabı işıq üzü görüb.
Allah rəhmət eləsin!