Dolların və avronun məzənnəsi dəyişdi

Aprelin 29-u ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişib.

Sabahinfo.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, aprelin 30-a olan məlumata görə, ölkədə dolların rəsmi məzənnəsi 1.0484 (aprelin 29-u 1.0494) manat səviyyəsində müəyyən edilib.

Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası isə ucuzlaşaraq 1.1416 (1.1510) manat olub.