Türkiyə müasir ödəniş və rəqəmli valyuta texnologiyalarının qəbulu planında yüksək fəallıq nümayiş etdirir.
Sabahinfo.az-ın moneynews.ru-ya istinadən xəbərinə görə, bu nəticə "Ipsos" şirkəti tərəfindən keçirilmiş sorğu zamanı ortaya çıxıb.
Qeyd olunur ki, hazırda Hollandiya, ABŞ və Böyük Britaniyanın mobil bankçılığın inkişafı üzrə lider mövqe tutmasına baxmayaraq, Polşa və Türkiyə bu planda ən perspektivli bazar sayılır. Məhz bu dövlətlər mobil ödəmə proqramlarının qəbulu üzrə ən yüksək temp nümayiş etdirir.
Türkiyədə internet istifadəçilərinin 65 faizi mobil bankçılıqdan yararlanır. Türkiyədə keçirilmiş sorğu iştirakçılarının 45 faizi hesab edir ki, "bitcoin" kimi rəqəmli valyutalar internetdə əsas alış-veriş valyutası olacaq. Müqayisə üçün bildirək ki, Avstraliya və ABŞ-da respondentlərin müvafiq olaraq 16 və 28 faizi bu cür düşünür.