Ermənistanda varlıların əmlakının məcburi şəkildə satılaraq əldə olunan pulun orduya xərclənməsi haqda deyilənləri ölkənin iqtidar partiyasının deputatı dolayısı ilə təsdiqləyib.
AzVision.azxəbər verir ki, Ermənistanın Respublika partiyasının deputatı Samvel Nikoyan erməni KİV-lərinə açıqlamasında bildirib ki, varlıların əmlakını satıb orduya verməkdənsə, vergidən yayınanlara qarşı tədbirlər sərtləşdirilməlidir.
Onun sözlərinə görə, ordu üçün oliqarxların əmlakının satılması hakimiyyətin axırıncı yolu olmalıdır: "İnsanların əmlakını əlindən almaq ən pis yoldur. Bu sanki oturduğunuz budağın kəsilməsi deməkdir. Bu, minlərlə erməni vətəndaşının işsiz qalması deməkdir. Çünki bu vətəndaşlara erməni biznesmənlər tərəfindən aylıq məvacib ödənilir. Yekun olaraq onlardan vergi yığılır və büdcəyə pullar dolur. Büdcədən isə hərbiyə vəsiat ayrılır”.
Erməni deputat əlavə edib ki, cəmiyyət tərəfindən səslənən bu cür təkliflər ölkə üçün çox təhlükəlidir.
Qeyd edək i, Ermənistan silahlı qüvvələrində silah arsenalının köhnə və yararsız olması əhali arasında ciddi narazılıqla qarşılanıb. Hazırda erməni ictimaiyyəti ölkədə yaşayan məmur və oliqarxların mülklərinin satılaraq orduya verilməsi tələbi ilə çıxış edir. Səbəb isə orduya ayrılan vəsaitin rəhbərlik tərəfindən müxtəlif yollarla mənimsənilməsidir.
Diqqət çəkən digər məsələ ordu rəhbərliyində təmsil olunan vəzifəli şəxslərin oliqarxlarla birgə biznesinin olmasıdır. Belə ki, ordu üçün ayrılan vəsaitlər birgə əməkdaşlıq nəticəsində özününküləşdirilir. Hətta millət vəkilləri də etiraf edir ki, Müdafiə Nazirliyi üçün ayrılan vəsait müəyyən şəxslərə cip alınması üçün xərclənir.