Xəbər verildiyi kimi, Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 18-də rəsmi yolasalma mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev də iştirak edib və nitq söyləyib. Sonra gənclər və idman naziri Azad Rəhimov, yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının məşqçisi Akif Əliyev, paraolimpiyaçı İlham Zəkiyev, yunan-Roma güləşçisi Rəsul Çunayev çıxış ediblər. Tədbirdə diqqət çəkən məqamlardan biri ölkə başçısı İlham Əliyevin 2 qat paraolimpiya, 2 qat dünya və 6 qat Avropa çempionu, əfsanəvi cüdoçu İlham Zəkiyevlə səmimi görüşü olub. Həmin an kameraların obyektivindən də yan keçməyib.
2 dəfə şöhrət ordeni almış idmançımızAzNews.az-a görüşlə bağlı danışıb: "Cənab prezident görüş zamanı bizə uğurlar arzuladı. Həmçinin xeyr-duasını verdi. Biz də söz verdik ki, çalışacağıq layiqincə Azərbaycanı təmsil edək. Düzdür, mənə elə bir xüsusi tapşırığı olmadı. Çünki ali baş komandanımız özü bilir ki, idmandır, hər şey ola bilər. Öz çıxışının əvvəlində də demişdi, "bu idmandır, idmançı udar da, uduzar da... Yetər ki, layiqincə təmsil edin”. Biz də çalışacağıq ki, layiqli şəkildə ölkəmizi təmsil edək. Əlimizdən gələni, bütün gücümüzü sərf edəcəyik ki, xalqımızı və cənab prezidentimizi sevindirək”.
Daha sonra İ.Zəkiyev səfərə nə vaxt gedəcəklərindən və hazırlıqdan da söhbət açıb:"Bizim komanda sentyabrın 2-də gedəcək. Çünki Olimpiya oyunları avqustun 5-dədir. Sentyabrın 7-də isə paraolimpiya oyunlarının açılışı olacaq. Mən isə 10-da gedəcəm. Məşqlər təbii ki davam edir. Ölkə daxilində də, ölkə xaricində də məşqlərimiz olub. İndi isə ölkə daxilində bir təlim-məşqimiz qalıb”.
Sonda çempion idmançılarımıza uğurlar arzulayıb:"Azərbaycan bayrağı altında çıxış edən hər bir idmançıya allahdan uğur, onlara can sağlığı arzulayıram. İnşallah əsas odur sağ-salamat gedib qayıda bilsinlər. Çünki səfərimiz çox uzaq və ağır səfərdir. Əlbəttə ki,qələbələri ilə xalqı, ailələrini və cənab ali baş komandanımızı sevindirsinlər”.