İstanbulda növbəti terror - 11 ölü, 36 yaralı - Yenilənib

Sabahinfo.az Habertürk"ə istinadən xəbər verir ki, partlayış nəticəsində 7-si polis olmaqla, 11 nəfər ölüb, 36 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

----------

11:16

Sabahinfo.az  bildirir ki, "Milliyet"in məlumatına görə, partlayış nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb.
Qeyd edək ki, bu barədə rəsmi açıqlama hələ verilməyib.

---------

10:27

Sabahinfo.az"Habertürk"ə istinadən bildirir ki, park edilən bomba qoyulmuş avtomobil polis avtomobili keçən zaman partladılıb. Nəticədə polis maşınlarından biri aşıb. Yaxınlıqdakı mağazaların şüşələri qırılıb.

Qeyd edək ki, partlayışdan bir neçə dəqiqə sonra qaz borusunda da partlayış olub.

Yaralıların sayı isə 8-ə çatıb.

----------

10:20

Sabahinfo.az Haberturk-ə istinadən bildirir ki, hadisədə 5 nəfərin yaralandığı deyilir.

--------

10:04

Sabahinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,İstanbulda polis maşınıpartladılıb. İlkin məlumata görə, yaralılar var.

Hadisə yerinə polis, xilasedicilər və tibbi yardım briqadaları cəlb edilib.