Mayın 13-də başlanacaq Kann Kinofestivalında əsas mükafatlar uğrunda 17 film mübarizə aparacaq:
"Ağac dənizi”(Gus Van Sant, ABŞ).Yaponiyada həyatlarına qəsd etmək üçün "intihar meşəsi"nə üz tutan iki nəfərin qəfil görüşü haqdadır.
"Sadə adam”(rej: Stephane Brize, Fransa). Supermarketdə mühafizəçi işinə düzələn 51 yaşlı baş qəhrəman tezliklə mənəvi dilemma qarşısında qalır. Ondan tələb olunur ki, öz həmkarlarını güdsün...
"Cavanlıq".Oskar mükafatlıPaolo Sorrentino-nun çəkdiyi bu film sevgi, itki, arzu, sənətkarın yaratmaq təşnəsi haqdadır.
"Xərçəng"(rej: Yorgos Lanthimos, Yunanıstan, Böyük Britaniya-İrlandiya-Hollandiya-Fransa) Hədisələr gələcəkdə - 45 il sonrakı dövrdəbəhs edir. İnsanlar çox yalqızdırlar. Onlara 45 gün vaxt verilir ki, hoteldə özlərinə sevgili tapsınlar. Əgər tapmasalar, onları heyvana çevirib meşəyə buraxırlar...
Qatil”(rej: Hou Hsiao-hsien, Tayvan). Əlbəyaxa döyüş filmidir. Tanq sülaləsi(618-907-ci illər) dövründə bir qadın qatilin qətlə yetirməli olduğu oğlana vurulmasından bəhs edir.
"Karol”(rej: Todd Haynes, ABŞ-Böyük Britaniya).Cate Blanchett və Rooney Mara-nın rol aldığı bu film 1950-ci illərNyu-Yorkunda gənc univermaq satıcısının özündən yaşlı kübar bir xanıma vurulması haqdadır.
"Mənim anam"(Nanni Moretti, Italiya-Fransa). Bu tragikomediyadakı hadisələr həm kamera önündə, həm də arxasında baş verir. Dram çəkməkdə olanrejissorun öz həyatında da xaos yaranır.
"Dipan” (rej: Jacques Audiard, Fransa). Filmin qəhrəmanı Şri-Lankadan olan keçmiş "Tamil pələngi", silahlı üsyançıdır. O, məğlubiyyətin qaçılmaz olduğunu görüb Fransaya qaçır.
"Bombadan da səs-küylü”(rej: Joachim Trier, Norveç-Fransa Danimarka). Müharibə jurnalisti İsabelle Huppert-in ölümündən 3 il sonra onun xatirəsinə həsr edilmiş sərgi ərini və oğullarını bir araya gətirir.
"Marqarita və Jülyen"(rej: Valerie Donzelli) Uşaqlıqdan bir-birinin xətrini çox istəyən bacı-qardaş böyüyəndən sonra onların münasibətləri sevgiyə çevrilir. Cəmiyyətin qəzəbinə tuş gələnMarqarita və Jülyen çıxış yolunu qaçmaqda görürlər.
"Nağıllar nağılı".İki dəfə Kann Festivalının qran-prisini qazanmış Matteo Garrone-nin bu filmi 17-ci əsr italyan yazarıGiambattista Basile-nin nağıllarına əsaslanır.Filmdə Salma Hayek, Vencant Kassel də çəkilib.
"Dağlar çıxıb gedə bilər"(Jia Zhangke, Çin-Yaponiya-Fransa). Film Çin cəmiyyətindəki dəyişiklikləri göstərir.
"Maqbet”(rej: Justin Kurzel, Böyük Britaniya-Fransa -ABŞ). Şekspirin şotland kralı Maqbet haqda, hakimiyyət hərisliyi, dost xəyanəti barədəməşhur faciəsininadaptasiyasıdır.
"Mənim kralım”(rej: Maiwenn, Fransa). Bu film uğursuz bitən çılğın eşq macərasından sonra bir qadının özünə gəlməsi, həyatını yenidən qurmağa çalışması haqdadır.
"Saulun oğlu”(rej:Laszlo Nemes, Macarıstan). Osvensim düşərgəsində saxlanan əsirin hekayətini anladır. Ona öldürülənlərin meyitlərini yandırmaq tapşırılır. O, oğlu bildiyi oğlanın meyitini gizləməyə çalışır...
"Muzdlu qadın"(rej: Denis Villeneuve, ABŞ).Meksikadakı narkomafiya davalarından bəhs edir.
"Bizim balaca bacımız”(rej: Hirokazu Kore-eda, Yaponiya). Ataları öləndən sonra 3 bacının öz nənələrinin evindəki yaşayışını anladır. Tezliklə onlara 13 yaşlı bir qız da - atabir bacıları da qoşulur.