Bütün Türkiyəni ayağa qaldıran Özgecan Aslan cinayətinə görə həbs edilən, bu həftə isə saxlanıldığı həbsxanada öldürülən Əhməd Sübhi Altındökənin meyitini dəfn etməyə qəbiristanlıq tapılmır.
Sabahinfo.az-ın sozcu.com.tr-yə istinadən xəbərinə görə, 4 gündür meyiti ortada qalan qatilin meyitini heç bir məzarlıq qəbul etmir. Bələdiyyə isə ailəyə müvəqqəti qəbir və ya bilinməyən bir kənddə daimi basdırılmaq variantları təklif edib.
Hazırda Mərsin bələdiyyəsi münasib qəbiristanlıq axtarır.